Cəmiyyət

FHN: Naxçıvanda açıq ərazidə yanğın söndürülüb – FOTO/VİDEO

Sharing is caring!


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Babək rayonunun Cəhri qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN xəbər verir ki, dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, açıq ərazidə baş vermiş yanğının qısa müddətdə genişlənərək bitişik yerləşən həyətyanı sahələrə keçmə riski yüksəkdir.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən həyətyanı sahələrə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində açıq ərazi 600 kvadratmetr sahədə və 2 ədəd ağac yanıb. Ətraf ərazilər, o cümlədən həyətyanı sahələr yanğından mühafizə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir