Cəmiyyət

Prezidentin xüsusi nümayəndəsi: “Azad olunmuş ərazilərdə 10 avtomobil yolundan dördü artıq tamamlanıb”

Sharing is caring!


“Böyük Qayıdışın təmin edilməsi üçün ərazilərin minalardan təmizlənməsi ilə paralel olaraq, ilkin mərhələdə baza və sosial infrastrukturun qurulması prioritet məsələdir və bu istiqamətdə işlər sürətlə davam edir. Bildirmək istərdim ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə cəmi uzunluğu 513,1 kilometr olan 10 avtomobil yolu layihəsinə başlanılıb ki, bunlardan da 4-ü artıq tamamlanıb. Əlavə olaraq, cəmi uzunluğu 157,5 kilometr olan 2 dəmir yolu layihəsi də həyata keçirilir. Füzuli şəhərində 8 ay kimi qısa müddətdə, minalar ilə hədsiz çirklənmiş ərazidə gözəl bir hava limanı inşa olunub”.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

“Elektrik təchizatına gəldikdə, bildirmək istərdim ki, cəmi gücü 7,8 MVt olan 2 ədəd kiçik su elektrik stansiyası artıq bərpa olunub. Əlavə olaraq 7 rəqəmsal idarəetmə mərkəzi və yarımstansiya layihəsinə başlanılıb ki, bunlardan da artıq 5-i tamamlanıb. Su ehtiyaclarının ödənilməsi ilə bağlı ərazidə ümumi həcmi 44,36 milyon kubmetr olan 5 su anbarı və onlara bitişik 2 magistral su kanallarının təmir prosesləri də tam sürətlə davam etdirilir”, – deyə o əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir