Cəmiyyət

Ailəsi azyaşlının dərmanlarını ala bilmir: “Uşaqlar həyətdə oynayanda Mahir pəncərədən baxıb ağlayır”- VİDEO

Sharing is caring!


Beş yaşlı Mahir Səlimzadə qaraciyər çatışmazlığından əziyyət çəkir.

Oxu.Az-la əlaqə saxlayan Mahirin anası Hicran Məmmədova hazırda Beyləqanda yaşadıqlarını və müalicəni qarşılaya bilmədiklərini vurğulayıb.

O qeyd edib ki, Mahir bir müddət Bakıda müalicə alsa da, sonradan maddi sıxıntılar ucbatından rayona qayıdıblar: “Yardımsevər insanların köməyi ilə oğlum bir neçə dəfə müalicə aldı. Onda yaşıdları kimi gülə, qaça, oynaya bilirdi. Daha sonra ona lazım olan dərmanları ala bilmədik deyə Mahirin vəziyyəti günü gündən pisləşdi. Halsızlaşdı, burnundan tez-tez qan açılır.  Pəncərədə durub həyətdə oynayan uşaqlara baxır, ağlayır. O, həm də epilepsiyadan əziyyət çəkir. Əvvəl müalicə alanda altını islatmırdı. Amma indi özündən asılı olmadan altını isladır. Mahir bundan çox utanır. Özünə qapanır. İzah etməyə çalışsam da, yaşı azdır, dərk etmir. Biz Bakıya yenidən gəlməliyik. Həm oğlumun böyrəyinin müalicəsi, həm də epilepsiyası üçün. Bizə bunun üçün 1200 manat pul lazımdır. İmkanlı şəxslərdən bizə dəstək olmaları üçün xahiş edirəm .

Ailə ilə əlaqə: (050) 624-89-96

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir