Cəmiyyət

Azərbaycanda daha üç nəfər COVID-19-a yoluxub, iki nəfər vəfat edib – FOTO

Sharing is caring!


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına üç yeni yoluxma faktı qeydə alınıb, bir nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan iki nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 965 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 666 nəfər müalicə olunaraq sağalıb, hazırda 12 aktiv xəstə var. Bu günə qədər 10 287 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 756, bu günə qədər isə ümumilikdə 7 652 018 test icra olunub. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir