Cəmiyyət

Balakəndə avtomobil yanaraq külə döndü: Xəsarət alan var – FOTO

Sharing is caring!


Balakəndə minik avtomobili yanıb, sürücü yanıq xəsarətləri alıb.

APA-nın məlumatına görə, saat 15:30-da Balakən şəhər Səttar Gözəlov küçəsində, 1965-ci il təvəllüdlü Balakən rayon sakini Rafiq Əmirxan oğlu Ukalayevə məxsus “Hundai Accent” markalı minik avtomobilində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tamamilə yanıb.

Yanğın zamanı yuxarı və aşağı ətraflarından müxtəlif dərəcəli yanıq xəsarətləri alan sürücü R.Ukalayev Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir