Cəmiyyət

Bakıda bir yaşlı körpəsini qətlə yetirən qadına hökm oxundu – FOTO

Sharing is caring!


Bakıda 1 yaşlı körpəsini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Bağıyevaya hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyeva 2021-ci il təvəllüdlü uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

N.Bağıyevaya qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir