Cəmiyyət

Bakıda külək nəticəsində sınan ağac avtomobilin üzərinə düşüb – VİDEO

Sharing is caring!


Bakıda külək nəticəsində sınan ağac avtomobilin üzərinə düşüb.

Bununla bağlı sosial şəbəkə istifadəçiləri görüntülər paylaşıblar.

Kadrlardan aydın olur ki, hadisə Səbail rayonunda, Tərlan Əliyarbəyov küçəsində qeydə alınıb.

Külək nəticəsində yol kənarındakı ağacın böyük bir hissəsi sınaraq, ərazidə dayanmış 90-UZ-841 dövlət nömrə nişanlı “Daewoo Gentra” markalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Eyni zamanda, ağac yolun bağlanmasına səbəb olub.

Hadisə yerinə əlaqədar qurumların nümayəndələri cəlb olunublar.

Hadisənin görüntülərini təqdim edirik: 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir