Cəmiyyət

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir

Sharing is caring!


Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak edən, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunan şəhidimiz Telman Allahverənovun ailəsinin tibb xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Bu barədə  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək olar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir