Cəmiyyət

Azərbaycanda direktor müavinini şantaj edən şəxslər həbs olunublar

Sharing is caring!


Sabirabadda həmyerlilərini şantaj edən şəxslər həbs ediliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini olan bir nəfəri barəsində rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək ondan 15 000 manat pul tələb edən iki nəfər – rayon sakinləri Azər Həsənov və Zamin Əmirov – saxlanılıb.

Aparılan araşdırmalarla məlum olub ki, adıçəkilən şəxslər həmyerlilərini barəsində rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək əvvəlcə ondan 30 000 manat pul tələb ediblər. Daha sonra 15 000 manat müqabilində razılığa gələrək, iyun-iyul aylarında zərərçəkəndən 6 100 manat pul alıblar.

Faktla əlaqədar A.Həsənov və Z.Əmirov barəsində Sabirabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları bu şəxslərin digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. Əgər onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” xidmətinə, həmçinin Sabirabad RPŞ-yə müraciət etmələri xahiş olunur.

Qeyd edək ki, həmin şəxslər Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Bayram Mikayılovu şantaj ediblər. “Report”un xəbərinə görə, iyunun 27-də Azər Həsənov və Zamin Əminov direktor müavinini rüsvayedici məlumatlar yayacaqları ilə hədələyiblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir