Cəmiyyət

Xaçmazda ağır avtomobil qəzası: Üç nəfər xəsarət aldı

Sharing is caring!


Xaçmazda ağır avtomobil qəzası nəticəsində 3 nəfər xəsarət alıb.

“Report”un Şimal bürosunun məlumatına görə, Xaçmaz-Niyazoba avtomobil yolunda “KamAz” markalı yük avtomobili ilə “Nissan” markalı minik avtomobili toqquşub.

Nəticədə 1957-ci il təvəllüdlü Turablı Vidadi Turab oğlu, 1941-ci il təvəllüdlü Hüseynov Vaqif Zabulla oğlu və 1959-cu il təvəllüdlü Şirinov Gülnaz Bəhlul qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir