Cəmiyyət

Kürdəmirdə iki avtomobil toqquşdu: Xəsarət alan var – FOTO

Sharing is caring!


Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var.

“Report” xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobillə “Chevrolet” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində rayonun Atakişili kənd sakini 57 yaşlı Qabil Əjdər oğlu Həşimov müxtəlif dərəcəli ağır bədən xəsarəti alıb.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Onun vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir