Cəmiyyət

Kəngərlidə tikinti uçdu: Xəsarət alanlar var

Sharing is caring!


Kəngərlidə rayonunda tikinti uçub, iki usta ciddi xəsarət edib.

APA xəbər verir ki, hadisə bu gün rayonun Qıvraq qəsəbəsində qeydə alınıb.

Tikilinin uçması nəticəsində Kəngərli rayon Şahtaxtı kənd sakini, 1965-ci il təvəllüdlü Babayev Elşən İsmayıl oğlu və Kəngərli rayon Xok kənd sakini, 1961-ci təvəllüdlü Pənahov Vaqif Firudin oğlu dağıntının altında qalıblar. Qəsəbə sakinlərinin köməkliyi ilə zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir