Cəmiyyət

Bakıda temperatur 40 dərəcəyə çatıb – FAKTİKİ HAVA

Sharing is caring!


Bakıda temperatur 40 dərəcəyə çatıb.

Bunu Oxu.Az-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, iyulun 8-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 6 dərəcə yuxarı olub. Belə ki, temperatur Bakıda və Abşeron yarımadasında 40, Naxçıvanda və Aran rayonlarında 35-40, dağlıq rayonlarda isə 32 dərəcəyə çatıb.

G.Məmmədova deyib ki, günəşli hava şəraiti bu gün də davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir