Cəmiyyət

Üzərinə qaynar su tökülən 6 yaşlı Ayxanın anası: “300 manat tapıb dərmanlarını ala bilmirəm” – FOTO/VİDEO

Sharing is caring!


2017-ci il təvəllüdlü Ayxan Elnur oğlu Məmmədov ötən ilin dekabr ayında ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun anası Lalə Məmmədova məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, oğlunun üzərinə qaynar su dolu çaydan aşıb:

“Hadisə baş verdikdən sonra Ayxan yardımsevər insanların dəstəyi ilə iki dəfə (biri omba, biri ayaq nahiyəsindən olmaqla) dəriköçürmə əməliyyatı olunub. Biz xəstəxanadan evə qayıtdıqdan sonra imkanımız olmadığı üçün Ayxanın müalicəsini davam etdirə bilmədik. Yoldaşım zibillərin toplanması ilə məşğul olurdu və 350 manat pul alırdı. Vərəm xəstəliyinə tutulduğu üçün işdən ayrıldı. İndi heç bir gəlir yerimiz yoxdur. Ayxanın qollarında yaralar açılıb. Göynəmə verdikcə uşağım əziyyət çəkir, bütün günü ağlayır. Yanan yerləri qaşınır. Həkim bildirib ki, oğluma lazım olan dərmanları almaq üçün 300 manat pul lazımdır. Yardımsevər şəxslərdən bizə kömək etmələrini xahiş edirəm”.

Əlaqə nömrəsi: (055) 267-08-71

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir