Cəmiyyət

Mədəniyyət naziri vətəndaşlarla görüşüb, tapşırıqlar verib – FOTO

Sharing is caring!


Mədəniyyət naziri Adil Kərimli iyunun 10-da Gəncə şəhərində vətəndaşlarla görüşüb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində gerçəkləşən qəbulda əsasən Gəncə və Naftalan şəhərlərindən, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarından, həmçinin digər bölgələrdən sakinlər iştirak ediblər.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri rəhbərlərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlər işlə təmin olunma, əməyin qiymətləndirilməsi, mədəniyyət müəssisələrinin maddi-texniki təchizatı, ortaya çıxan problemlərin həlli və digər məsələlərlə bağlı olub. Yerlərdə mədəni fəaliyyət və müəssisələrin işinin təşkili ilə bağlı təkliflər də səsləndirilib.

Vətəndaşları ayrı-ayrılıqda dinləyən nazir bütün müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir