Cəmiyyət

Bakı-Quba yolunda avtomobil aşıb, xəsarət alan var – FOTO

Sharing is caring!


İyunun 10-da axşam saatlarında Bakı-Quba yolunda “Mercedes” markalı yük avtomobili aşıb.

AZƏRTAC xəbər verir ki, yolun Sumqayıt ərazisindən keçən hissəsində baş verən qəzada avtomobilin sürücüsü xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım avtomobili və Dövlət Yol Polisi əməkdaşları gəliblər.

Hadisə şahidlərinin sözlərinə görə, “Mercedes” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan yük maşını ilə toqquşduqdan sonra idarəetməni itirib və yolun kənarındakı dərəyə aşıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir