Cəmiyyət

Yol polisi valideynlərə müraciət, sürücülərə isə xəbərdarlıq edib – VİDEO

Sharing is caring!


Yol polisi məktəbli ekskursiyalarının təşkili ilə bağlı valideynlərə müraciət edib.

“Xezerxeber.az” xəbər verir ki, tədris ilinin sonunda məktəblilərin ekskursiyalara, yaxud istirahət zonalarına aparılması hallarının sayı artmaqdadır.

“Dövlət Yol Polisi İdarəsi yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərə də ciddi xəbərdarlıq edib”.

İdərənin əməkdaşı Toğrul Nəsirli deyir ki,  belə səfərlər adətən qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti göstərən və ya təsadüfi şəxslərlə şifahi sövdələşmə əsasında həyata keçirilir ki, bu zaman nəqliyyat vasitəsinin texniki sazlığı, sürücünün peşəkarlıq və sağlamlıq vəziyyəti, avtomobil idarə etmək hüququnun olub-olmaması, ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblər nəzərə alınmır, belə hallar da yollarda xoşa gəlməz hadisələri qaçılmaz edir.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin göstərişi ilə respublika əhəmiyyətli yollarda stosianar postlara tapşırıq verilib ki, sərnişindaşımada istifadə edilən avtobuslara nəzarət artırılsın. Belə hal aşkar edilən kimi sürücü barəsində inzibati qaydada tədbir görüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir