Cəmiyyət

Qərb rayonlarının ucqar kəndlərinə dolu düşdü, təsərrüfata zərər dəydi – YENİLƏNİB

Sharing is caring!


Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur, dağlıq rayonlara dolu düşüb.

“Report”un məlumatına görə, günorta saatlarında yağan leysan yağışlar və dolu Daşkəsən, Gədəbəy və Göygöl rayonlarının dağ kəndlərindəki əkin sahələrinə, meyvə ağaclarına zərər vurub.

Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti müşahidə olunur.

17:05

Göygöldə güclü yağışdan sonra dolu yağıb.

APA-nın məlumatına görə, bu gün saat 16:30-da rayon mərkəzinə və ucqar kəndlərə dolu düşüb.

Hazırda dolunun ziyan törətməsi ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, qərb bölgəsini əhatə edən rayonlarda yağışlı hava şəraiti hökm sürür.

11:51

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 4-nə olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Nazirlikdən bildirilib ki, düşən yağıntının miqdarı: Oğuzda 12.0 mm, Tovuz, Şəmkirdə 9.0 mm, Şəkidə 8.0 mm, Qaxda 6.0 mm, Ağstafada 4.0 mm, Qəbələ, Ceyrançöldə 2.0 mm, Zaqatala, Daşkəsən, Balakən, Şahdağ, Yevlaxda 1.0 mm-dək olub.

Havanın temperaturu: İyunun 03-də iqlim normasından 3.6° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31°-dək isti, Naxçıvanda 33°-dək isti, dağlıq rayonlarda 24°-dək isti, yüksək dağlıq ərazilərdə 14°-dək isti, aran rayonlarında 33°-dək isti olub.

Yağan yağışlarla əlaqədar Oxçuçay-Bürünlüdə və Vəlvələçay-Afurcada suyun səviyyəsi 5 sm, Qaraçay-Rükdə 4 sm, Kür-Qıraqkəsəməndə və Tərtərçay-Kəlbəcərdə 3 sm, Əyriçay-Ağyazıda 2 sm, Kür çayının aşağı axınında Zərdab məntəqəsində 5 sm, Kür-Surrada 30 sm, Kür-Şirvanda 6 sm, Kür-Salyanda isə 3 sm artım olmuşdur. Tovuz rayonu ərazisinə yağan güclü leysan yağışı nəticəsində Əsrikçayda suyun səviyyəsi 3 iyun saat 21:20-dən saat 22:55-dək 63 sm artmış və saat 22:40-dan 23:55-dək çaydan qısamüddətli sel keçmişdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir