Cəmiyyət

Bakıda yerləşən baxımsız qalmış “Lermontov” parkı ilə bağlı rəsmi AÇIQLAMA – YENİLƏNİB + FOTOREPORTAJ

Sharing is caring!


Bakının Səbail rayonu, Cəfərov Qardaşları, 9 ünvanında yerləşən “Lermontov” parkı baxımsız vəziyyətdə olması ilə bağlı rayon İcra Hakimiyyəti (İH) açıqlama verib.

İH-dən Oxu.Az-a bildirilib ki, sözügedən ünvanda yerləşən parkın layihəsi Səbail rayon İcra Hakimiyyəti tərəfindən hazırlanıb və həm parkın, həm də qeyd olunan ünvanda həyətyanı sahənin abadlaşdırılması eləcə də, yenidən qurulması nəzərdə tutulur:

“Əlavə olaraq bildirik ki, son illərdə Səbail rayonunun mərkəzi ünvanlarıyla yanaşı, Badamdar və Bibiheybət qəsəbələri, həmçinin Bayıl yaşayış massivində də çoxsaylı parklar, həyətlər yenidən qurularaq sakinlərimizin istifadəsinə verilib”.

13:46

Bakının Səbail rayonu, 9 Cəfərov Qardaşları ünvanında yerləşən “Lermontov” parkı baxımsız vəziyyətdədir.

Parkın ərazisində yerləşən uşaq atraksionları və döşəmə da artıq yarasız hala düşüb.

PhotoStock.az-ın sözügedən parkdan hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox şəkil burada: PhotoStock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir