Cəmiyyət

Nazir müavini: “Məzunların əmək bazarına inteqrasiyası barədə yanaşmalar yanlışdır” – FOTO

Sharing is caring!


“Təhsil proqramları əmək bazarına uyğun hazırlanmalıdır”.

“Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, təhsil proqramlarına yanaşma dəyişməlidir: 

“Bu proqramlar əmək bazarına uyğun tərtib edilməlidir. Buna görə proqram hazırlayan Təhsil İnstitutunun əməkdaşlarının peşəkarlığı artırılmalıdır”.

Nazir müavini bildirib ki, məzunların əmək bazarına inteqrasiyası barədə yanaşmalar yanlışdır: 

“Uşaqlar ibtidai siniflərdən artıq valideynlərinin peşələri və əmək bazarındakı peşələr barədə məlumatlanmalıdır. Gənclərə peşə seçimləri ilə bağlı istiqamət verilməlidir. Bununla bağlı məktəblərdə maarifləndirmə tədbirləri keçirilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir