Cəmiyyət

Ağdamda sel suları evlərə, əkin sahələrinə doldu – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Qeyri-sabit hava şəraiti Ağdamda daşqına səbəb olub.

Qarqar çayının daşması nəticəsində rayonun Əfətli kəndinin əraziləri sel sularına qərq olub.

Belə ki, əkin sahələri ilə yanaşı bəzi fərdi evləri su basıb.

Daha ətraflı Baku TV-nin süjetində:

23:56

Daşkəsən rayonunun Qabaqtəpə, Astaf, Əmirvar, Gurbulaq və Xoşbulaq kəndlərinə yağan qar bəzi fəsadlar törədib.

“Report”un məlumatına görə, vətəndaşların təsərrüfatlarına və fərdi yaşayış evlərinə ziyan dəyib.

Yağan qarın qalınlığı kəndlərdə 5-10 santimetr, yüksək dağ ərazilərində 15-30 santimetr olub.

Qarın yağması elektrikin, suyun, qazın verilişində və rayon mərkəzi ilə kəndlər arasında yollarda qismən problemlər yaratsa da, Daşkəsən Rayon İcra Hakimiyyəti yerli yol istismar idarəsi ilə birgə qabaqlayıcı tədbirlər görür.

Qeyd edək ki, hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir