Cəmiyyət

Bakıda 36 yaşlı kişi itkin düşdü – FOTO

Sharing is caring!


Bakıda yaddaş pozğunluğu olan 36 yaşlı şəxs itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, Eyvaz Cümşüd oğlu Məlikov dünən günorta saatlarında yaşadığı Nizami rayonu Əzim Əzimzadə küçəsindəki evdən çıxıb və bir daha geri qayıtmayıb.

Ailəsindən bildirilib ki, E.Məlikov məhdudiyyətli şəxs olduğundan onun taleyindan narahatdırlar:

“Biz Eyvazı “Ekan” adı ilə çağırdığımızdan o, adının “Ekan” olduğunu bilir. Ola bilər ki, dünən evdən çıxıb, evi tapmayıb ki, geri dönsün. Və ya kimsə görüb, pis olub, özü ilə evə aparıb. Başına nə gəldiyindən xəbərsizik, xahiş edirik onu görənlər bizə və ya polisə məlumat versinlər”.

E.Məlikovun itkin düşməsi ilə bağlı ərazi üzrə Nizami Rayon Polis İdarəsinə də məlumat verilib.

E.Məlikovun ailəsinin əlaqə nömrəsi: 050 426 76 04

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir