Cəmiyyət

Məktəb binasından yıxılan şagirdin vəziyyəti AÇIQLANDI – YENİLƏNİB

Sharing is caring!


Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllıda məktəb binasından yıxılan şagird barədə açıqlama verib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır:

“Hazırda şagird xəstəxanadadır və vəziyyəti normaldır. Hadisənin səbəbi bilinmir. Araşdırma bitəndən sonra ətraflı məlumat veriləcək”.

10:49

İsmayıllıda məktəb binasından yıxılan şagird Bakıya gətirilib.

Oxu.Az xəbər verir ki, kəllə-beyin travması alan qız əvvəl Qəbələ, daha sonra isə Bakıdakı xəstəxanaların birinə gətirilib.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

10:38

İsmayıllı rayonunda şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Kürdmaşı kənd orta məktəbində qeydə alınıb.

Doqquzuncu sinif şagirdi, 2008-ci il təvəllüdlü qız məktəbin ikinci mərtəbəsindən yıxılıb.

Hadisə nəticəsində məktəbli xəsarətlər alıb. 

Faktla bağlı rayon prokurorluğundan araşdırma aparılır.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir