Cəmiyyət

Şuşada ilk DOST mərkəzi açılacaq

Sharing is caring!


Tezliklə Bərdə və Şuşa şəhərlərində növbəti DOST mərkəzlər istifadəyə veriləcək.

Bu barədə DOST Agentliyinin mətbuat katibi Şahin Əliyev APA-nın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, Mərkəzin yaxın zamanlarda vətəndaşlara xidmətə başlayacağı gözlənilir:

“Bu, Qarabağ iqtisadi rayonunda ilk DOST mərkəzi olacaq. Qarabağda daha bir DOST mərkəzi Şuşa şəhərində fəaliyyət göstərəcək. Mərkəzin yerləşəcəyi binada hazırda təmir işləri aparılır. Eyni zamanda Qubada və Naxçıvanda DOST mərkəzləri üçün binaların tikintisi davam edir”.

Xatırladaq ki, hazırda beşi Bakıda, biri Abşeron rayonunda olmaqla altı DOST mərkəzi fəaliyyət göstərir. Həmçinin Şərqi Zəngəzur İqtisadi rayonunda, Zəngilanın Ağalı kəndində Smart DOST məntəqəsi sakinlərin ixtiyarına verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir