Cəmiyyət

DYP: “Paytaxt yollarında gücləndirilmiş qaydada xidmət davam etdirilir”

Sharing is caring!


Paytaxt yollarında yol polisinin gücləndirilmiş qaydada xidməti davam etdirilir.

Bu barədə “Report”a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli açıqlama verib.

“Şəhərin mərkəzi hissəsində nəqliyyatın fasiləsizliyini, eləcə də piyadaların hərəkəti üçün mümkün imkanların tam təmin olunması məqsədilə şəxsi avtomobillərlə hərəkəti azaltmağı, məhdudiyyət tətbiq olunan yollara təklif olunan alternativ yolların parklama imkanlarının az olmasını nəzərə alıb dayanma-durma tələblərini pozmamağı, əsasən ictimai nəqliyyatdan istifadə etməyi, sürücülərdən yollarda diqqətli olmağı, piyadalara qarşı ehtiyatlı rəftar etməyi unutmamağı xahiş edirik”, – o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir