Cəmiyyət

Tanınmış qarmon ifaçısı mərhum Xalq artisti haqqında: “Sənətdə də, həyatda da hər zaman dəstəkçim idi”

Sharing is caring!


“Doğma insanı itirdim”.

Bunu Oxu.Az-a mərhum Xalq artisti Afdandil İsrafilovun vida mərasimində qarmon ifaçısı Orxan Mirnatiqoğlu deyib.

O.Mirnatiqoğlu qeyd edib ki, sağalacağını ümid edirdi:

“O mənim üçün doğma insan idi. Hər zaman danışırdıq. Yaş fərqinə baxmayaraq, dost idik. Ata əvəzi idi. Sənətdə də, həyatda da hər zaman dəstəkçim olub”.

Orxan Mirnatiqoğlu əlavə edib ki, Azərbaycan xalqı üçün ağır itkidir:

“Xəstəxanaya getməmişdən öncə də danışdıq. Dedi hər şey yaxşı olacaq. Başımız sağ olsun. Nəhəng sənətkarı itirdik. Çox möhkəm insan idi. Allah rəhmət etsin”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir