Cəmiyyət

Ukrayna rəsmisi: “Rusiya Kiyevi Xəzər dənizi regionundan raket atəşinə tutub”

Sharing is caring!


“51 günlük fasilədən sonra düşmən xüsusilə paytaxt Kiyevə növbəti dəfə raket hücumu həyata keçirib. Xəzər dənizi regionundan “Tu-95” strateji bombardmançı təyyarələri vasitəsilə “Xa101” və “Xa555” tipli raketlər atılıb”.

Bunu “Report”un Şərqi Avropa Bürosuna açıqlamasında Kiyev Şəhər Hərbi Administrasiyasının sözçüsü Mixail Şamanov bildirib.

“Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib ki, ilkin məlumatlara görə, Kiyev şəhərinin hava məkanında 11 qanadlı raket, iki əməliyyat-taktiki səviyyəli pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Paytaxtın Obolonski rayonu ərazisində raket parçalarının düşməsi nəticəsində elektrik xətti kəsilib, yol örtüyü zədələnib”, – o vurğulayıb.

M.Şamanov qeyd edib ki, raket hücumu nəticəsində mülki əhali arasında itki qeydə alınmayıb, yaşayış məntəqələri və böyük infrastruktur obyektlərinə zərər dəyməyib.

“Biz bir daha Kiyev sakinlərinə və şəhərin qonaqlarına müraciət edirik ki, hava hücumu zamanı sığınacaqlara getsinlər. Dağılmış infrastrukturu bərpa edəcəyik, lakin indi ən qiymətli olan ukraynalıların həyatıdır”, – ukraynalı rəsmi deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir