Cəmiyyət

Bakıda “Formula-1” günləri üçün hava proqnozu açıqlanıb

Sharing is caring!


Bakıda və Abşeron yarımadasında “Formula-1” günlərində hava şəraiti dəyişkən buludlu və əsasən yağmursuz olacaq.

Bunu “Report”a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq:

“Mülayim cənub küləyi əsəcək. Aprelin 30-da mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun günorta saatlarında 23-28 dərəcə olacağı gözlənilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir