Cəmiyyət

Bakıda 16 yaşlı qız özündən iki dəfə böyük şəxsə ərə verilib? – AÇIQLAMA

Sharing is caring!


Sosial şəbəkələrdə veteran olduğu deyilən 29 yaşlı Heydərin 16 yaşlı Aynur adlı qız ilə evləndiyinə dair bir sıra məlumatlar paylaşılıb. Onlayn televiziyalardan birində canlı yayım zamanı efirə qoşulan oğlanın anası məlumatı təsdiqləyib və 16 yaşlı qıza sahib çıxdıqlarını deyərək bütün məsuliyyəti öz üzərinə götürüb. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ailə Abşeron rayonu, Xırdalan şəhərində yaşayır. Toy isə 3-4 gün öncə Yasamal rayonunda yerləşən şadlıq saraylarından birində baş tutub. 

Mövzu ilə əlaqədar Daxili İşlər Nazirliyinə, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu Oxu.Az-a bildirib ki, daxil olan sorğu əsasında araşdırma aparılıb:

“Məlum olub ki, yetkinlik yaşına çatmayan qızın toyu Yasamal rayonunda olsa da, sakinlər Xırdalan şəhərində yaşayırlar. Məsələ ilə bağlı aidiyyəti üzrə Abşeron Rayon İcra Hakimiyyətinə və Daxili İşlər Nazirliyinə məlumat verilib. Məsuliyyəti üzərinə götürdüyünü deyən ananın Abşeron Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən aidiyyəti üzrə dəvət ediləcəyi və profilaktik söhbət aparılacağı bildirilib”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, toy mərasimi olduğu deyilən gənclər arasında rəsmi nikah müqaviləsi yoxdur.

Onun sözlərinə görə, vətəndaşın 16 yaşı tamam olduğu üçün sözügedən əməldə cinayət tərkibi yoxdur:

“Abşeron Rayon Polis İdarəsində faktla bağlı araşdırma davam etdirilir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir