Cəmiyyət

Yeznəsinin qəzaya düşdüyünü eşidib hadisə yerinə tələsən kişi həyatından oldu – YENİLƏNİB + TƏFƏRRÜAT

Sharing is caring!


Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Vüqar Mülayimov həmin gün yeznəsinin qəzaya düşdüyünü eşidib və hadisə baş verən əraziyə tələsirmiş.

Belə ki, Vüqar Mülayimovun yeznəsi, rayonun Qudula kənd sakini Telman İsaqov da rayonun Çələbixan qəsəbəsi ərazisində VAZ-21099 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə sürücü və sərnişin Elçin İbrahimxəlilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisəni eşidən V.Mülayimov yeznəsinin arxasınca gələrkən qəzaya düşüb və həyatını itirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, bir nəfərin ölümü və iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri ilə əlaqədar araşdırma aparılır.

10:48

Şəki rayonunun Daşüz kənd sakini, 1982-ci il təvəllüdlü Mülayimov Vüqar Sabir oğlu “Opel” markalı avtomobillə rayon ərazisində hərəkətdə olarkən idarəetməni itirib.

Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Bildirilib ki, nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb və aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Samir İsayev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir