Cəmiyyət

Tək ayaqla metal satan Emin: “Qızlara yaxınlaşmağa çəkinirəm” – VİDEO

Sharing is caring!


33 yaşlı Emin Əsgərov qəza nəticəsində ayağının birini itirib. Hazırda metal, plastik qablar toplayıb satmaqla pul qazanır.

Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində həyat hekayəsini danışan Emin deyir ki, onu işə gedərkən avtomobil vurub.

“Ayıldım ki, xəstəxanadayam. İnanmırdım, məni maşın vurub. Dedim ki, paltarlarımı verin, işə gedirəm”, – deyə o qeyd edib.

E.Əsgərovun sözlərinə görə, anası illərdir xərçəng xəstəliyindən əziyyət çəkir. Atası isə Qarabağ veteranıdır.

“Ayağıma görə qızlara yaxınlaşmağa çəkinirəm”, – deyən Eminin ən böyük arzusu isə ailə həyatı qurmaqdır.

Ətraflı verilişi təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir