Cəmiyyət

Heydər Əliyev prospektinin köməkçi yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sharing is caring!


Sabah saat 09:00-dan saat 16:00-dək Bakının Heydər Əliyev prospektinin köməkçi yolunda (şəhər istiqamətində SOCAR-ın inzibati binasının qarşısında) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, buna səbəb aparılacaq təmir işləridir.

Agentlik sürücülərə qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələrini tövsiyə edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir