Cəmiyyət

Kliniki Tibbi Mərkəzdə yeni xidmət fəaliyyətə başlayıb

Sharing is caring!


Kliniki Tibbi Mərkəzdə koronar angioqrafiya (anju) xidməti yenidən fəaliyyətə başlayıb.

Bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Bu xidmət vasitəsi ilə ürək-damar xəstəliklərinin ağırlaşmasının, infarktın yaranmasının qarşısını almaq mümkündür.

Kardiologiyada qızıl standart hesab olunan bu müayinə üsulu koronar damarların müayinəsi, onlarda daralma, tıxanma və ya hansısa başqa anomaliyaların olduğunu aşkar etmək üçün aparılan metoddur. Bu üsulda əsasən damarlara kontrast maddə yeritməklə rentgen çəkilir. Kontrast maddənin damarlarda yayılması zamanı aşkar edilən maneələr isə aradan qaldırılır. 

Koronar angioqrafiya stenokardiyalı, ürəyin işemik xəstəliyi olan xəstələrdə miokard infarktının ilk saatlarında və bəzi əməliyyatlar zamanı əməliyyatdan öncə hazırlıq məqsədilə aparılır. Eyni zamanda qapaq əməliyyatlarında, ritm pozğunluqları və hansısa ürək çatışmazlığı olan xəstələrdə səbəbi aşkar etmək üçün koronar angioqrafiyadan istifadə olunur.

Qeyd edək ki, koronar angioqrafiya xidməti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfində mövcuddur. Bu xidmətdən hər bir ölkə vətəndaşı ödənişsiz şəkildə yararlana bilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir