Cəmiyyət

Universitetdən Bakını bir-birinə qatan tələbəsi ilə bağlı AÇIQLAMA – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Bakıda yolun əks istiqamətində maşını sürən tələbə barədə açıqlama verib. 

Ali təhsil ocağından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Cabbarbəyli Rauf Fuad oğlu 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texnologiya fakültəsinin 342.20E saylı qrupuna 572,8 balla qəbul olub:

“Hər bir kurs üzrə semestr boyu kəsiri olmayıb, qarışıq qiymətlər alıb və ortalaması 72,62-dir. Elektron jurnalda semestrlər üzrə davamiyyət limitini keçməyib. Tələbə bu günədək daxili nizam-intizam qaydalarını pozmayıb”. 

Tələbənin psixoloji problemlərinin olması ilə bağlı sualımıza cavaba gəlincə isə, bunu bizdən eşitdiklərini bildirdilər.

11:32

Bakıda yolun əks istiqamətində maşını sürən şəxs Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi olub.

Oxu.Az-ın məlumatına görə, 20 yaşlı Rauf Cabbarbəyli universitetin Kimya texnologiya  fakültəsində təhsil alır. 

O, ötən gün polislər tərəfindən saxlanıldıqdan sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə təhvil verilib.

Daha sonra tələbənin psixoloji problemlərinin olması müəyyən edilib və həkim nəzarətində saxlanılır.

Qeyd edək ki, ötən gün Nərimanov rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin yaxınlığında yolun əks istiqamətində gedən “Volkswagen Touareg” markalı avtomobil qarşısında DYP avtomobilini görüncə geriyə doğru hərəkət etməyə başlayıb.

Yol polisinin qanunu dayanma tələbinə əməl etməyən avtomobilin sürücüsü sürətli şəkildə geriyə hərəkət edərək digər yola çıxıb və başqa hərəkət iştirakçılarına təhlükə yaradıb. Hadisə zamanı bir neçə avtomobilə maddi ziyan dəyib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir