Cəmiyyət

Rövşən Tağıyev: “Sosial platformada qayda pozuntusuna dair yayılan videogörüntülər araşdırılır”

Sharing is caring!


“BDYPİ tərəfindən bütün sosial platformalarda yayılan videogörüntülər araşdırılır və həmin şəxslər barəsində qanunamüvafiq formada ölçü götürülür. Təəssüf doğuran məqam isə məsuliyyətə cəlb ediləcəklərini bilə-bilə insanların bu qayda pozuntularını etmələridir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev son dövrdə qəzaların artmasının səbəblərindən danışarkən deyib.

O bildirib ki, sosial platformada qanun pozuntusuna yol verən sürücünü dəstəkləyən insanlar görürük:

“Bu, böyük təəssüf doğurur. İnsan səhv etdiyi zaman bunun fərqinə varmalıdır ki, təkrar etməsin. Səhv edən insanın səhvini düzgün hərəkət kimi təqdim etməyə çalışmaq, ona dəstək olmaq cəmiyyəti uçuruma aparır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir