Cəmiyyət

Bakıda universitetdə sualların verilməməsi narazılıq yaratdı: “Şparqalka”ların qarşısını alırıq” – FOTO

Sharing is caring!


Qərbi Kaspi Universitetinin tələbələri narazıdırlar. 

Bu barədə Oxu.Az-ın redaksiyasına orada təhsil alan tələbələr məlumat veriblər.

Bildiriblər ki, müəllimlər onları imtahana hazırlaşmaq üçün suallar, proqramlar verməməklə hədələyirlər.

Universitetin mətbuat katibi Vüsal Məmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sualların verilməsi tələbi heç bir sənədə, nizamnaməyə uyğun deyil:

“Tələbələrə proqram və tezislər verilir ki, onlar imtahanlara hazırlaşsınlar. Bu da sualları artıqlaması ilə əvəz edir. Tezislə sual arasında mahiyyətcə heç bir fərq yoxdur. Tələbələr bu cür şikayətlənmək əvəzinə, bir az səbirli davranıb, nəticəni gözləsinlər. Qərbi Kaspi Universitetinin yanaşması daha keyfiyyətli təhsilin təşkilinə, tədrisin müasir dövrün çağırışlarına uyğun olaraq qurulmasına və peşəkar kadrların hazırlanmasına hesablanıb”.

“Təəssüf ki, bəzi tələbələr sual davasını öyrənmək üçün yox, öyrənməmək üçün edirlər. “Şparqalka”ların hazırlanmasında ən müxtəlif fantaziyalara müraciət edən tələbələrə rast gəlirik. Belə ki, partaların üstünü, altını yazmaq, onlara nələrsə yapışdırmaq, özü ilə müxtəlif formalarda bu cür vasitələri imtahana keçirənlərlə qarşılaşırıq. Halbuki imtahanların təşkili ilə universitetin məqsədi biliklərin qiymətləndirilməsi, eyni zamanda, öz verdiyi təhsilin səviyyəsini qiymətləndirməkdir”, – deyə o qeyd edib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir