Cəmiyyət

Tovuzda iki avtomobil toqquşdu – FOTO

Sharing is caring!


Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Düz cırdaxan kəndi ərazisində qeydə alınıb.

Belə ki “Hunday” markalı avtomobil ilə “Mercedes” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində “Mercedes”in sərnişini kəllə-beyin travması alıb və təcili tibbi yardım maşını ilə rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ( orta-ağır) olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir