Cəmiyyət

FHN əməkdaşları yardıma ehtiyacı olan yaşlı qadını xəstəxanaya aparıblar – VİDEO

Sharing is caring!


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin xəstəxanaya aparılması zərurətinin yaranması, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən verilən məlumata görə, müraciətlə əlaqədar qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrin köməkliyi ilə yaşlı qadını binadan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir