Cəmiyyət

Prezident İlham Əliyev Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım etdi – FOTO

Sharing is caring!


“7 aprel – Ümumdünya Sağlamlıq Günüdür. Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasında mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir”.

Oxu.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Ümumdünya Sağlamlıq Günü ilə bağlı sosial şəbəkədə paylaşımında qeyd edib.

 “Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə COVID-19 pandemiyası ilə mübarizədə qlobal liderlik  nümayiş etdirib.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcəkdir”, – paylaşımda bildirilir.  

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir