Cəmiyyət

Bakıda 10-dan çox tibb müəssisəsində stasionar fəaliyyət dayandırılıb, çarpayı fondu ləğv edilib

Sharing is caring!


“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 13 mart 2023-cü il tarixli əmrinə əsasən, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin strukturuna daxil olan 9, 12, 13, 15, 18, 22, 28, 31 və 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanaları, Zabrat Müalicə-Diaqnostika Mərkəzi, Kürdəxanı Sağlamlıq Mərkəzi və Zirə Müalicə Diaqnostika Mərkəzində stasionar fəaliyyət dayandırılmaqla çarpayı fondunun ləğv edilməsi, yalnız ambulator-poliklinik fəaliyyətinin təmin edilməsi nəzərdə tutulub.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavabda qeyd edilib.

Qeyd edilib ki, məqsəd ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi və optimallaşdırılması, ambulator-poliklinik fəaliyyətin müasir tələbatlara uyğun şəkildə təşkil olunmasıdır.

Bildirək ki, 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov martın 27-də onun əmək fəaliyyətinə çalışmanın yaş həddinə çatması ilə əlaqədar xitam verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir