Cəmiyyət

Qubada fəhləni cərəyan vuraraq öldürüb

Sharing is caring!


Aprelin 5-i saat 14 radələrində 1985-ci il təvəllüdlü Turab Nəsirovun ölməsi barədə Quba rayon prokurorluğuna məlumat daxil olub.

Quba rayon Prokurorluğundan verilən xəbərə görə, ilkin araşdırma zamanı “DOST İş Mərkəzi” MMC xətti ilə “Azəriqaz” İB-nin Xaçmaz Regional Qaz İstismar İdarəsinin Quba Xidmət Sahəsinə fəhlə kimi təhkim edilmiş Turan Nəsirovun rayonun Amsar kəndi ərazisində elektrik dirəyindən ötürücü naqili kəsmək istəyən zaman cərəyan vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir