Cəmiyyət

Psixiatriya xəstəxanasına yerləşdirilən yeniyetmənin vəziyyəti açıqlandı – VİDEO

Sharing is caring!


Bir neçə gün əvvəl 3 saylı uşaq evindən davranış pozuntuları olan yeniyetmə polis müşayiəti ilə Respublika Psixiatriya Xəstəxanasına gətirilib.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, bununla əlaqədar olaraq Azərbaycan Respublikasının “Psixiatriya yardımı haqqında” Qanununa əsasən, o, xəstəxananın yeniyetmə şöbəsinə yerləşdirilib. Hazırda aparılan stasionar müalicə nəticəsində yeniyetmənin psixi vəziyyəti stabilləşir.

Mütəxəssislər tərəfindən yeniyetmənin psixi durumundakı stabilləşmənin tam möhkəmləndirilməsi üçün 2-3 gün müvafiq müalicənin davam etdirilməsinə qərar verilib.

Stasionar müalicə kursu başa çatdıqdan sonra o, ambulator müalicə üçün evə buraxılacaq və qardaşının himayəsinə veriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir