Cəmiyyət

Naxçıvan DYP-yə yeni rəis təyin edilib

Sharing is caring!


Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, bu vəzifəyə polis polkovnik-leytenantı Mais Məmmədov təyinat alıb.

O, bu təyinata qədər Naxçıvan Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, ötən həftə Naxçıvan DYPİ-nin rəisi, polis mayoru Ayaz Quliyev işdən azad olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir