Cəmiyyət

4 günlük körpənin anası imdad diləyir: “İki övladım da xəstədir, xəstəxana xərclərini qarşılaya bilmirik”

Sharing is caring!


Dörd günlük körpənin – Hüseyn Əsədovun sizin yardımınıza ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Leyla Əsədova məlumat verib.

O bildirib ki, övladının vəziyyəti son iki gündə ağırlaşıb və onu küvəzə yerləşdiriblər.

“Mənim Hüseyndən başqa iki qızım var. İkisi də xəstədir. Böyük qızım Gülnarənin böyrək problemi var, onun böyrəyinin biri cəmi 20% işləyir. Digər qızım Zəhranın vəziyyəti isə daha ağırdır. O anadangəlmə qapalı spina bifida (onurğa beynin anadangəlmə inkişaf qüsurudur) xəstəliyindən əziyyət çəkir. 5 yaşı olanda bağırsaqlarının 90%-i çıxarılıb”.

Leyla Əsədova bildirib ki, həkimlər onun oğlu olarsa, iliyindən bacısı Zəhraya köçürülərsə, onun sağalacağını deyiblər.

“Mən şəkər xəstəsiyəm, inanın bu 9 ayın necə keçdiyini bir Allah bilir. Qızlarımı az qala hər gün xəstəxanalara, müayinələrə aparırdım. Hüseyn doğulan ilk gün hər şey qaydasında idi. Amma bir gün sonra vəziyyət dəyişdi. Hüseynin şəkəri və infeksiyasının olduğunu öyrəndik. Onu dərhal küvəzə yerləşdirdilər. İnanın xəstəxananın xərclərini qarşılamağa imkanımız çatmır. Bu iki gün ərzində artıq xəstəxanaya 1200 manat borcumuz yaranıb. Hüseynin küvəzdə qalmağının bir günü 200, mənim burada qalmağım isə günlük 100 manatdır. Ona edilən müalicələr, qoşulduğu aparatların da ödənişi var. Daha neçə gün burada qalacağımız isə məlum deyil. Yardımsevər şəxslərdən mənim övladıma kömək olmalarını xahiş edirəm, yalvarıram”.

Ailə ilə əlaqə: 070 982 76 26

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir