Cəmiyyət

2004-cü ildə qətl törətmiş şəxs iki nəfəri amansızlıqla öldürərək yandırıbmış – TƏFƏRRÜAT

Sharing is caring!


Ağstafada 19 il əvvəl qətl törətmiş şəxsin cinayət işinin bəzi təfərrüatı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, qətldə şübhəli bilinən rayonun Poylu kənd sakini, 1981-ci il təvəllüdlü Dursun Nəbiyev daha əvvəl də məhkumluq həyatı yaşayıb.

O, 2006-cı ilin avqust ayında həmyerlisi ilə birgə iki nəfəri – kişi və qadını amansızlıqla öldürərək yandırıb. Hadisədən sonra Dursun Nəbiyev saxlanılıb və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını başa vurduqdan sonra – 2021-ci ilin avqustunda azadlığa çıxıb.

Rəsmi məlumata görə, Dursun Nəbiyev hazırda şəxsiyyəti istintaqa məlum olmayan qadını, 2004-cü ildə Ağstafa rayonu, Poylu kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürüb və meyiti basdırıb.

Məlumata görə, əsaslı şübhələr müəyyən edildikdən sonra bir neçə gün əvvəl sabiq məhkum saxlanılıb. O, 19 il əvvəl törətdiyi cinayəti etiraf edib və meyitin basdırıldığı yeri istintaq orqanının əməkdaşlarına göstərib.

Dursun Nəbiyev ilkin ifadəsində tanımadığı qadınla tanış olduqdan sonra aralarında yaxın münasibətlərin yarandığını bildirib. Daha sonra o, qadını öldürüb, yaşayış yerindən kənarda basdırdığını söyləyib.

İstintaq orqanı tərəfindən aşkar edilmiş naməlum qadın meyiti ilə bağlı zəruri ekspertizalar təyin olunub.

Fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir