Cəmiyyət

Şuşaya qar yağır, yollar təmizlənir – FOTO/VİDEO

Sharing is caring!


Ötən gündən başlayaraq Şuşa şəhərinə yağan qar davam edir və hazırda havanın temperaturu -2 dərəcədir.

Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir.

Şəhər ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə yolların qardan təmizlənməsi işləri aparılır.

Hazırda yollarda avtomobillərin hərəkəti üçün heç bir problem və çətinlik müşahidə olunmur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir