Cəmiyyət

Neftçalada avtomobil aşıb, xəsarət alanlar var

Sharing is caring!


Neftçala-Xolqaraqaşlı avtomobil yolunda qəza baş verib, 2 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb. Qəza nəticəsində rayonun Xolqaraqaşlı kəndinin sakinləri, 1996-cı il təvəllüdlü Ələkbərov Tural Abuzər oğlu və 1997-ci il təvəllüdlü Zamanov Kamil Telman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir