Cəmiyyət

Elektrik enerjisinin verilişi ilə bağlı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

Sharing is caring!


Azərbaycanın bəzi bölgələrində elektrik enerjisinin verilişi ilə bağlı yaranan problem aradan qaldırılıb. 

Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəisi Vaqif Aydınoğlu məlumat verib. 

O bildirib ki, güclü külək və qasırğa nəticəsində bu gün səhər saatlarında Gəncə şəhərinin bəzi ərazilərində, eləcə də Samux, Tovuz və digər rayonların bir neçə kəndində elektrik enerjisinin verilişində yaranan problem aradan qaldırılıb:

“Səhər saat 09:00-dan sonra Tovuz rayonunda elektrik enerjisinin verilişi tam bərpa edilib. Samuxda isə bir neçə kənddə elektrik enerjisi cəmi bir-iki kənddə yoxdur. Bir neçə dayağın üzərinə ağac aşdığı üçün bu problem yaranıb, bu istiqamətdə də əməkdaşlarımız çalışırlar. Gəncə və Tovuzda isə dediyim kimi güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranmış problem tam aradan qaldırılıb”.

14:12

Azərbaycanın bölgələrində axşam saatlarından başlayaraq əsən güclü külək səbəbindən Gəncə şəhərində, Samux, Tovuz və digər rayonların bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hazırda güclü külək Gəncə şəhərinin bəzi hissələrini, Samux rayonunun Qarayeri qəsəbəsini və Tovuz rayonunun bir neçə kəndini işıqsız qoyub.

Belə ki, elektrik dirəyinin aşması nəticəsində Tovuzun Şamlıq ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda aidiyyəti qurum tərəfindən yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, bölgədə küləkli hava şəraiti davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir