Cəmiyyət

Bakıdan Naxçıvana gedən şəxs aeroportda narkotiklə tutulub

Sharing is caring!


Bakı-Naxçıvan reysi ilə Muxtar Respublikaya gedən şəxsdə narkotik aşkarlanıb.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlərlə Bakı-Naxçıvan reysi ilə Muxtar Respublikaya gələn M.Vəliyevi saxlayıblar.

M.Vəliyevin üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1. maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir