Cəmiyyət

Bakıda avtomobilin vurduğu piyada 11 gün sonra xəstəxanada ölüb

Sharing is caring!


Bakıda avtomobilin vurduğu piyada 11 gün sonra xəstəxanada ölüb.

“Report” xəbər verir ki, hadisə martın 16-da Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, Rəşidov Yavər İsmayıl oğlu “RR FOOD” MMC-yə məxsus “Hyundai” markalı yük avtomobilini Gəncə prospektində yerləşən “Farida” şadlıq sarayının həyətində arxaya doğru sürərkən piyada Tağılı İlqar Bəhram oğlunu vurub. Xəsarət alan piyada martın 27-də 3 saylı şəhər Kliniki Xəstəxanasında ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir